…Federal Təhlükəsizlik Xidməti Pyatiqorskda terror aktının qarşısını alıb; onu hazırlayan, əslən Orta Asiyadan olan, beynəlxalq terror təşkilatının üzvü saxlanılıb.
SİA xəbər verir ki, bu barədə TASS-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.
…Terrorçu istirahət mərkəzlərindən birində terror aktı törətmək niyyətində olub, - deyə İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
…O, terror aktından sonra hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya getməyi planlaşdırırdı. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində adıçəkilən şəxs dərhal müəyyən edilərək saxlanılıb.
Onun yaşadığı ünvandan içərisində yandırıcı qarışıqlar olan butulkalar aşkar edilərək götürülüb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB