İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib. SİA xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb. Bildirilib ki, Netanyahu anklavın şimal hissəsinə baş çəkib. Baş naziri Qəzzada İsrailin müdafiə naziri İsrael Katz, ordunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir, Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaniv Asor, diviziya və briqada komandirləri müşayiət edib. Həmçinin Netanyahu müdafiə naziri və ordu komandanlığı ilə birlikdə Qəzzada yerləşən ehtiyatda olan və nizami ordunun döyüşçüləri ilə söhbət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə