“Ukraynada son ölümcül hücumlar göstərir ki, Rusiya sülh istəmir”

İsveç Xarici İşlər Naziri: Ukraynaya kömək etmək üçün Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyin vaxtıdır

Rusiyanın Ukraynaya son ölümcül zərbələri Avropa İttifaqının Rusiyaya təzyiqinin artmasına, xüsusən də Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinə gətirib çıxarmalıdır.

SİA-nın məlumatına görə, “European Pravda” xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaard deyib.

…Ukraynada son ölümcül hücumlar göstərir ki, Rusiya sülh istəmir. Ona görə də indi biz Rusiyaya təzyiqi artırmaqla yanaşı, Ukraynaya dəstəyi də artırmalıyıq. Həmçinin hərəkətə keçmək və dondurulmuş aktivləri toplamaq vaxtıdır, - o qeyd edib.

Nazir hesab edir ki, Ukrayna sülh prosesi zamanı “pis təkliflərə yox deyə bilməsi” üçün gücləndirilməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə