Moskvada kilsənin yaxınlığında partlayış baş verib

Moskvanın Zyablikovo rayonunda “Həyat verən üçlük” kilsəsinin yaxınlığında skuterdə partlayış baş verib.

SİA-nın məlumatına görə, bu barədə “Moskva 24” telekanalı bildirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Avtomobilin sahibi hadisə yerində olmayıb.

Öz növbəsində, "Ehtiyatlı ol, Moskva" Telegram kanalı iddia edir ki, Orexovo-Borisovo rayonundakı “Həyat verən üçlük” Kilsəsinin yaxınlığında mühafizə kabinəsi alovlara qərq olub. Bundan əvvəl Moskvanın Nijnyaya Maslovka küçəsindəki yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat yayılmışdı.
Hadisə nəticəsində evin şüşələri sınıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Hətta bundan əvvəl Moskva vilayətində kənd təsərrüfatı kompleksində partlayış baş vermiş, bunun ardınca yanğın baş vermişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə