İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həyatını itirənlərin sayı 50 min 983, yaralıların sayı isə 116 min 274-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Qəzza zolağına hücumlarını davam etdirir.
Fələstin Səhiyyə Nazirliyinin açıqladığı yeni hesabatda son 24 saat ərzində İsrailin hücumları nəticəsində 39 nəfər ölüb, 118 nəfər yaralanıb. Açıqlamada son hücumlarda 38 nəfərin həyatını itirdiyi, bir nəfərin cansız bədəninin dağıntılar altından çıxarıldığı bildirilib.
Nazirliyin açıqlamasında, İsrailin atəşkəsi pozduğu martın 18-dən bu yana həyatını itirənlərin sayının 1613 nəfərə, yaralıların sayının isə 4233 nəfərə yüksəldiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə