Britaniyada La-Manş boğazı ilə qanunsuz miqrasiya rekord həddə çatıb

Britaniyada bu il kiçik qayıqlarla qanunsuz miqrasiya halları rekord səviyyəyə çatıb. SİA “Telegraph”a istinadla xəbər verir ki, təkcə aprelin 12-də La-Manş boğazını keçərək 656 miqrant ölkəyə daxil olub. Bununla da 2025-ci ilin əvvəlindən bəri ümumi rəqəm 8064 nəfərə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz çoxdur və son illərin ən yüksək göstəricisi hesab olunur.

Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, qanunsuz keçidlər həm insanların həyatını təhlükəyə atır, həm də ölkənin sərhəd təhlükəsizliyini sarsıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə