Türkiyədə son 30 ilin ən güclü şaxtası qeydə alınıb

Türkiyənin bəzi bölgələrində son üç gündə son 30 ilin ən şiddətli şaxtaları yaşanıb.

SİA xəbər verir ki, bu barədə X sosial şəbəkədə respublikanın kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaqlı məlumat verib.

…Son üç gündə bəzi yerlərdə havanın temperaturu mənfi 15 dərəcəyə enib, bəzi rayonlarda isə son 30 ilin ən aşağı temperaturu qeydə alınıb, - nazir bildirib.

Yumaqlı əlavə edib ki, əlverişsiz hava şəraiti kənd təsərrüfatına ziyan vurub.

Eyni zamanda, onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən son günlər istehsalçılara yardımlar edilib və bundan sonra da dəstək olacaq.

Daha əvvəl bildirilib ki, güclü külək səbəbindən Çinin şimal bölgələrindən olan arıq sakinlərə küçəyə çıxmamaq tövsiyə edilib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar kütləvi tədbirlərin də ləğv edildiyi, təhsil müəssisələrinin bağlandığı dəqiqləşdirilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə