Danışıqlar İki saatdan çox davam edib...
İran və ABŞ dolayı danışıqların birinci mərhələsini keçiriblər.
SİA-nın məlumatına görə,RBC-Ukrayna IRNA-ya istinadən xəbər verir ki, tərəflər İranın nüvə proqramı və sanksiyaların ləğvi imkanlarını müzakirə ediblər.
İran Xarici İşlər Nazirliyi Maskatda danışıqların birinci raundunun “konstruktiv atmosferdə və qarşılıqlı hörmətə əsaslanan” keçdiyini açıqlayıb.
Nəşrin məlumatına görə, danışıqların liderləri İranın xarici işlər naziri Abbas Arakçitai və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi vasitəsilə İranın nüvə proqramı və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı öz hökumətləri arasında fikir mübadiləsi aparıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə