Tailandda sahildən 25 km aralıda dənizdə yanan turist gəmisindən 26 nəfər xilas edilib. SİA xəbər verir ki, bu barədə “Naewna” qəzeti məlumat yayıb.
Hadisə şənbə günü səhər tezdən krallığın cənubundakı Phang Nqa əyalətində baş verib.
Açıq dənizdə dalışa çıxan gəminin göyərtəsində 10 ekipaj üzvü və 16 turist olub.
Gəmidə yanğın baş verdiyini gördükdən sonra onlar xilasedici qayığa minərək yoldan keçən gəmi tərəfindən xilas ediliblər.
Gəmidə olan şəxslərdən heç kim xəsarət almayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə