Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyəyə səfər edən Suriya Prezidenti Əhməd Əl-Şaraanın həyat yoldaşı Lətifə Əl-Durubi ilə görüşüb. SİA bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Birinci xanımlar arasında görüş Nest Konqres və Sərgi Mərkəzində keçirilib.
Görüş zamanı Əl-Durubi və Əminə Ərdoğan Suriyada qadın və uşaqlar üçün mümkün birgə səyləri müzakirə ediblər.
Bundan başqa onlar Afrika Mədəniyyət Evinin stendini ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB