Putin üçün prinsipial əhəmiyyət kəsb edən məsələ...

...Rusiya prezidenti Vladimir Putin yaxın 10 il ərzində Rusiya Hərbi Dəniz Qüvvələri üçün yeni gəmilərin tikintisinə 8,4 trilyon rublun xərclənməsinin planlaşdırıldığını açıqlayıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

O, Hərbi Dəniz Qüvvələrinin inkişafına dair iclasda gözlənilən xərcləri açıqlayıb və qeyd edib ki, tədbirdən əvvəl bu mövzunu Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanovla ayrıca müzakirə edib.

…Dövlət silahlanma proqramı tərtib edilərkən bu vəsait nəzərə alınmalıdır, - deyən dövlət başçısı bunun prinsipial əhəmiyyət kəsb edən məsələ olduğunu bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə