Komsomolsk-na-Amurda neft emalı zavodu yanır...

Rusiya Federasiyasının Xabarovsk vilayətində “Rosneft” neft emalı zavodunda irimiqyaslı yanğın baş verib.

...Xabarovsk diyarının Komsomolsk-na-Amur şəhərindəki “Rosneft” neft emalı zavodunda güclü yanğın baş verib.

SİA xəbər verir ki,"Ukrayna 365"in verdiyi məlumata görə, alov 50 m. hündürlükdə olan benzin istehsalı zavodunu bürüyüb.

Yanğının sahəsi təxminən 300 m² olub.

Yerli hakimiyyət orqanları fövqəladə vəziyyətin səbəbləri barədə susur.

Rusiya mətbuatı yanğının söndürüldüyünü, tələfatın olmadığını yazır.

Qeyd edək ki, bu neft emalı zavodu Ukrayna ilə sərhəddən təxminən 9 min km məsafədə yerləşir.

Bu müəssisə ildə 8 milyon ton neft emal edərək, xüsusilə də benzin, dizel yanacağı və kerosin istehsal edir ki, bu da təkcə Rusiya Federasiyasında deyil, Asiya-Sakit okean regionu ölkələrinə də ixrac olunur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə