General kosmosa silah yerləşdirməyin lazım olduğunu deyir…

…Birləşmiş Ştatların kosmosa silah yerləşdirməsi lazımdır. Bunu ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq bildirib.

SİA-nın məlumatına görə, bu barədə “Defense One” nəşri yazıb.

…Vaxt yetişdi və biz açıq şəkildə deyə bilərik ki, bizə kosmosda atəş gücü, eləcə də silah sistemləri lazımdır. Bizə orbital ələ keçirən qurğular lazımdır. Bizə bu silahlar kosmik münaqişənin qarşısını almaq və belə bir münaqişəyə girəcəyimiz təqdirdə uğur qazanmaq üçün lazımdır.

Bu, amerikalı hərbçinin sözləridir.

…Nəşr qeyd edir ki, əvvəllər Amerika rəsmiləri kosmosa silah yerləşdirmək zərurəti barədə o qədər də birbaşa danışmamışdılar.

Ötən ilin aprelində Uaytinq bildirmişdi ki, dünya gələcəkdə kosmosda döyüşlər gözləyə bilər, lakin ABŞ belə hərəkətləri həm özünə, həm də müttəfiqlərinə zərərli hesab etdiyi üçün bunu istəmir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə