…Xristian Demokrat İttifaqı və Almaniya Sosial Demokrat Partiyası arasında koalisiya razılaşması o deməkdir ki, Almaniya dünya işlərinə qayıdıb və ABŞ prezidenti Donald Tramp bunu nəzərə almalıdır.
SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu gələcək kansler Fridrix Merz deyib.
…Almaniya müdafiə öhdəliklərini yerinə yetirəcək və Almaniya öz rəqabət qabiliyyətini gücləndirməyə hazırdır.
Xristian Demokrat İttifaqı lideri qeyd edib bunu.
Eyni zamanda Merz vurğulayıb ki, Avropa İttifaqı Trampın dünya ölkələrinin əksəriyyətinə tətbiq etdiyi tariflər və rüsumlar sahəsində vahid siyasət hazırlamalıdır.
Bundan əvvəl məlum olub ki, Xristian Demokrat və Xristian Sosial Birliklərinin (CDU/CSU) mühafizəkar blokunun və Almaniya Sosial Demokrat Partiyasının (SPD) liderləri hakim koalisiyanın yaradılması ilə bağlı danışıqları yekunlaşdırıblar. Eyni zamanda, NTV-nin sorğusu göstərib ki, almanların əksəriyyəti Mersi kansler postuna uyğun namizəd hesab etmir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə