ABŞ Ali Məhkəməsi Tramp administrasiyasına Yad Düşmənlər Aktı adı altında venesuelalı miqrantları deportasiya etməyi davam etməyə icazə verib. SİA-nn məlumatına görə, məhkəmənin qərarına əsasən lakin onlar ABŞ-dan deportasiya edilməzdən əvvəl məhkəmə dinləmələri keçirilməlidir.
5 hakim qərarın lehinə, 4 hakim əleyhinə səs verib. Bildirib ki, administrasiya deportasiya edəcəyi venesuelalılara məhkəməyə müraciət etmək üçün müəyyən vaxt verməlidir.
1798-ci ildə qəbul olunmuş Xarici Düşmənlər Aktı hökumətə müharibə vəziyyətində düşmən ölkənin vətəndaşlarını ölkədən çıxarmaq və ya nəzarətə almaq səlahiyyəti verir. Sonuncu dəfə İkinci Dünya müharibəsində bu aktdan istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə