Britaniya hipersəs raket mühərrikini sınaqdan keçirib…

…Böyük Britaniya və ABŞ hipersəs raket mühərrikini sınaqdan keçirib.

SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Krallığın sənaye və ABŞ hökuməti ilə əməkdaşlığı sayəsində britaniyalı alimlərin hipersəs mühərrikinin əsas sınaqlarını başa çatdırdıqları bildirilir.

Qurğunun hərəkətverici sisteminin də təkmil hipersəs qanadlı raketin prototipini gücləndirmək üçün nəzərdə tutulduğu bildirilir.

…Biz daha təhlükəli bir dünyada yaşayırıq və qüvvələrimizi gələcəyin texnologiyaları ilə təchiz etməklə innovasiyalar etmək və rəqiblərimizi qabaqlamaq bizim üçün həmişəkindən daha vacibdir.

Bunu Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib.

Əvvəllər Britaniya hakimiyyəti ABŞ-ın razılığı olmadan nüvə silahından istifadə etmək istəyirdi. Davamlı Dəniz Məhdudlaşdırma planına əsasən, Böyük Britaniya hər zaman ən azı bir nüvə sualtı qayığını hazır vəziyyətdə saxlayır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə