Rusiyada hərbi xidmətə yaz çağırışı aprelin 1-dən iyulun 15-dək keçirilir. Bu il 160 min yeni çağırışçının hərbi xidmətə cəlb olunması planlaşdırılır ki, bu da 2011-ci ilin payızından bəri ən yüksək göstəricidir. SİA xəbər verir ki, 2008-ci ildə xidmət müddəti 12 aya endiriləndə çağırışçıların sayı xeyli artmış, 2009-cu ilin yazında 305,6 min nəfərin orduya çağırılması ilə pik həddinə çatmışdı. Amma sonrakı illərdə kəskin azalma başladı. Rusiyanın müasir tarixində ən az çağırışçı sayı 2022-ci ilin payızında olub - 120 min nəfər. Builki yaz çağırışı son 14 ildə ən böyük çağırışdır. Çağırışçıların sayındakı bu artım Prezident Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin mərhələli şəkildə artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. Putinin fərmanına əsasən, növbəti üç il ərzində hərbi qulluqçuların sayının 1,5 milyona çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə