ABŞ-ın Yəmənə endirdiyi zərbə nəticəsində ən azı 70 husi öldürüldü
Yəmənin "Ənsar Allah” hərəkatından ən azı 70 üzvü ABŞ-nin əl-Hudeydə əyalətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. SİA xəbər verir ki, bu barədə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryani bildirib. Əl-İryaninin sözlərinə görə, zərbələr zamanı tanınmış husi liderləri və həmçinin Yəmən üsyançılarına dəstək verdiyi deyilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşavirləri həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB