Ermənistan prezidenti ölkənin Aİ-yə daxil olması haqqında qanunu imzalayıb
Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünün başlanmasını nəzərdə tutan qanunu imzalayıb.
SİA xəbər verir ki, bu barədə TASS Xaçaturyanın ofisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, sənəd Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasını nəzərdə tutur.
Bu qanun layihəsi bir neçə ictimai-siyasi təşkilatın təşəbbüsü ilə irəli sürülüb. Üstəlik, belə bir qanunun yaradılmasına ölkənin 60 min vətəndaşı səs verib - Ermənistan Konstitusiyasına görə, mülki qanun layihələrinin parlamentə təqdim edilməsi üçün ən azı 50 min imza toplanmalıdır.
…Aprelin 4-də respublika prezidenti Vaqan Xaçaturyan Ermənistan Respublikasının Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanunu imzalayıb.
Bu, Ermənistan prezidentinin ofisindən bildirilib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Mixail Qaluzin bəyan etmişdi ki, Ermənistanın eyni vaxtda həm Aİİ, həm də Aİ-də olması qeyri-mümkündür.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə