Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib ki, Almaniya 2029-cu ilə qədər Ukraynaya 11 milyard avrodan çox hərbi yardım verəcək.
SİA-nın məlumatına görə, onun sözlərini ölkənin Xarici İşlər Nazirliyi sitat gətirir.
O qeyd edib ki, bu il Kiyev 3 milyard avro alacaq.
Qeyd edək ki, Baerbok Ukraynanın paytaxtında səfərdədir. Bu, onun 2022-ci ilin fevralından bəri ölkəyə 11-ci səfəridir. Martın əvvəlində Baerbok Bundestaqı dərhal Kiyevə 3 milyard avro ayırmağa çağırıb.
Vitse-kansler Robert Habek də o zaman Ukraynaya hava hücumundan müdafiə sistemlərinin alınması da daxil olmaqla 3 milyard avronun ayrılması zərurətindən danışmışdı.
...Hollandiya da 2025-ci ildə Ukraynaya 2 milyard avroluq hərbi yardım ayırmağa hazır olduğunu açıqlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə