İsrailin Baş naziri Binyamin Netanyahu Eli Şarviti “Şin Bet” daxili kəşfiyyat xidmətinin yeni rəhbəri təyin edib. SİA “Bloomberg”ə istinadən xəbər verir ki, Şarvit bundan əvvəl İsrail Hərbi Dəniz Qüvvələrinin komandanı postunu tutub. O, ölkənin iqtisadi sularında dəniz müdafiə qüvvələrinin yaradılmasını kurasiya edib və HƏMAS, “Hizbullah” və İrana qarşı əməliyyatlara rəhbərlik edib.
Şarvit son 29 ildə xidmət işçisi olmadan “Şin Bet” rəhbəri təyin edilən ilk şəxs olub. Sonuncu dəfə 1996-cı ildə - Baş nazir İtshak Rabinin öldürülməsinin qarşısı alına bilinməyəndən sonra bu vəzifəyə kənardan şəxs təyin edilmişdi.
Qeyd edək ki, martın əvvəlində Netanyahu HƏMAS-ın ötən il oktyabrın 7-də həyəta keçirdiyi hücuma görə məsuliyyətlə bağlı fikir ayrılıqlarına, habelə girovlarla bağlı danışıqlarda və Qətərlə bağlı araşdırmada problemlərə görə Şarvitin sələfi Ronen Barı işdən çıxarmışdı.
Agentliyin məlumatına görə, Baş nazir xidmətə yeni rəhbər təyin etməzdən əvvəl aprelin 8-də keçiriləcək məhkəmə iclasına qədər gözləməli idi. Odur ki, onun bu təyinatı vaxtından əvvəl etməsi daxili gərginliyi artıra bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə