Britaniya Aİ ilə təhlükəsizlik sazişini müzakirə etməyə hazırdır

Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini müzakirə etməyə hazırdır. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.

“İndi qarşıdakı illərdə təhlükəsizliyimizi təmin etmək üçün tərəfdaşlarla əməkdaşlığı gücləndirməyin vaxtıdır”, - o deyib.

Nazir xatırladıb ki, Britaniya artıq Aİ-nin üzvü deyil.

“Biz hərbi potensialın koordinasiyasını artırmaq, o cümlədən müdafiəyə özəl investisiyaları stimullaşdırmaq üçün avropalı tərəfdaşlar və NATO ilə işləyirik”, - Lemmi vurğulayıb.

“Biz Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair danışıqlar aparmağa hazırıq”, - XİN rəhbəri bildirib. Onun sözlərinə görə, Avropanın təhlükəsizliyi bölünməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə