Böyük Britaniya Avropa müttəfiqlərinin Vaşinqtondan həddindən artıq müdafiə asılılığı ilə bağlı narahatlıqlarına baxmayaraq, əlavə olaraq ABŞ-dan F-35 qırıcıları alacaq. SİA xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadla məlumat yayıb. London bundan əvvəl Kral Donanmasının iki təyyarədaşıyan gəmisi üçün 48 ədəd F-35B qırıcısı sifariş etmişdi. Onlardan 37-si artıq alınıb. Nəşrin məlumatına görə, Britaniya hakimiyyəti indi ölkənin hərbi büdcəsinin artması fonunda klassik F-35A-ların alınması imkanını nəzərdən keçirir. Qırıcıların birincisi 20 ildən çox istifadəyə verilmiş “Eurofighter Typhoon”u qismən əvəz edəcəyi gözlənilir. Böyük Britaniya F-35-in komponentlərinin təxminən 15%-ni istehsal edir. “The Times”ın mənbələri hesab edir ki, Böyük Britaniya Amerika qırıcılarına keçdikdən sonra mühəndislik bacarıqlarını itirməyəcək, çünki ölkə ixrac üçün “Eurofighter Typhoon” istehsalını davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə