Günəşdə 5 güclü partlayış baş verdi

Günəşdə sondan əvvəlki M sinfinin beş güclü partlayışı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (TGİ) məlumat verilib. TGİ-in məlumatına görə, M1.4 sinifli ilk partlayış martın 30-da Bakı vaxtı ilə saat 01:38-də baş verib. Onun müddəti 33 dəqiqə olub. Daha sonra elm adamları daha dörd partlayış qeydə alıblar: M1.4, M1.5, M1.6 və M1.9. İnstitut qeyd edib ki, bütün partlayışlar 4048 saylı günəş ləkələri qrupunda baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə