İranda avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb

İranın Kirman əyalətində avtobusun aşması nəticəsində 14 nəfər ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Ümumilikdə avtobusda 43 sərnişin olub.

Zərərçəkənlər xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə