Hannoverdə qocalar evində yanğın baş verib, 25 nəfər xəsarət alıb

Almaniyanın Hannover şəhərində qocalar evində baş verən yanğın nəticəsində 25 nəfər xəsarət alıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanların əksəriyyəti tüstüdən zəhərlənib.

Yanğının söndürülməsi üçün hadisə yerinə 140 yanğınsöndürən və 33 texnika cəlb edilib. Təxminən yüzə yaxın sakinin yaşadığı qocalar evinin binasının bir hissəsi yanğın nəticəsində yararsız vəziyyətə düşüb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə