Rusiyada avtomobil qiymətləri ucuzlaşmayacaq, hətta…

…Xarici brendlər Rusiya bazarına qayıtsa belə, Rusiyada avtomobil qiymətləri ucuzlaşmayacaq.

SİA-nın məlumatına görə, bunu Avto.ru-nun kommersiya direktoru Daniil Şkurıqin bildirib ki, idxal zamanı nəqliyyatın qiyməti iki-üç il əvvəlkindən də baha olacaq.

İnflyasiya və 2030-cu ilə qədər indeksləşdiriləcək təkrar emal haqqı səbəbindən qiymətlər yüksək olaraq qalacaq.

Rusiyada istehsalı lokallaşdıran şirkətlər rüsum ödəmirlər, lakin istehsal müəssisələrinin satın alınmasından danışırıqsa, bu proses uzun müddət, ən azı bir il çəkəcək.

Bunu Şkurıqin izah edib.

Brendlər hələ geri qayıtmaq niyyətlərini açıqlamayıblar; ona görə də ən azı daha bir neçə il Çin avtomobillərin əsas tədarükçüsü olacaq.

Rusiya bazarında kifayət qədər az sayda Çin markası var və yüksək rəqabət səbəbindən onlar hazırda avtomobillərin alınması üçün əlverişli şərtlər, o cümlədən subsidiyalaşdırılmış avtomobil krediti proqramları təklif edirlər.

Şkurıqin əlavə edib ki, 2022-ci ildən ruslar Çin avtomobillərinin idarə edilməsində kifayət qədər təcrübə toplayıblar; hətta nəqliyyatı aşağı temperatur şəraitində işləməyə uyğunlaşdırmağa da nail olublar.

Maraqlıdır, əgər Rusiyadan gedən brendlər yaxın gələcəkdə bazara qayıdarsa, Çindən olan bir çox model onlarla rəqabət apara biləcəkmi?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə