Putin müsəlmanları təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, onun teleqramının mətni Müsəlmanların Mərkəzi Ruhani İdarəsinin saytında dərc olunub. “Müqəddəs Ramazan ayının başa çatması ilə bağlı bütün dünya müsəlmanlarının bu qədim və ən ehtiramlı bayramlarından biri insanların mənəvi cəhətdən təkmilləşməsi, mərhəmət və şəfqət istəyini təcəssüm etdirir”, - deyə siyasətçi qeyd edib.

O, əlavə edib ki, Rusiya Federasiyasında müsəlmanlar öz əcdadlarının irsinə diqqətlə yanaşır, adət-ənənələrə hörmət edirlər, buna görə də bayram bütün ölkədə ailə dairələrində və dini icmalarda geniş qeyd olunur. Dövlət başçısı müsəlman təşkilatlarının ölkənin mədəni həyatına verdiyi töhfələrə, xüsusi əməliyyat iştirakçılarına və veteranlarına yardımlarına da diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə