Berlin və Brandenburqda qismən Günəş tutulması müşahidə olunub

Berlin şəhərinin və Brandenburq əyalətinin sakinləri martın 29-da səhər saatlarından başlayaraq qismən Günəş tutulmasını izləyiblər.

SİA xəbər verir ki, təbiət hadisəsi saat 11:32-də başlayıb və 13:08-də başa çatıb. Günəşin tam tutulma anı isə saat 12:20-də qeydə alınıb.

Hava şəraitinin əlverişli olması nəticəsində Günəş tutulmasını xüsusi qoruyucu eynəklər və filtrlər vasitəsilə izləmək mümkün olub. Berlin və Brandenburqdakı astronomiya həvəskarları və mütəxəssislər bu nadir hadisəni yaxından izləyərək görüntülər qeydə alıblar. Bu nadir təbiət hadisəsini daha yaxşı müşahidə etmək üçün Berlindəki təşkil edilən sessiyalara böyük maraq olub. Həmçinin Brandenburqun müxtəlif rəsədxanalarında astronomiya həvəskarları üçün mühazirələr və müşahidə sessiyaları təşkil olunub.

Mütəxəssislər Almaniyada növbəti Günəş tutulmasının 2026-cı il avqustun 12-də baş verəcəyini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə