Rusiya ordusu NATO təlimatçılarının olduğu fabrikə zərbələr endirib

“İsgəndər” kompleksindən raket Krivoy Roqda NATO təlimatçılarının olduğu fabrikə düşüb.

SİA xəbər verir ki, bu barədə “Military Affairs” Telegram kanalı məlumat yayıb.

Mənbənin qeyd etdiyi kimi, raket Ukrayna Silahlı Qüvvələrinin əcnəbi hərbi təlimatçılarının yerləşdiyi binaya düşüb.

…NATO muzdluları və zabitlərinin yerləşdirilməsi üçün verilmiş keçmiş mebel fabrikinin binası vurulub.

Müəllif qeyd edib.

Kanalın yayımladığı kadrlarda qəzanın qeydə alındığı binadan qalın tüstü buludlarının qalxdığı görünür.

Bundan əvvəl Müdafiə Nazirliyi Rusiya qoşunlarının Ukrayna hərbi aerodromlarında infrastruktur obyektlərinə ziyan vurması barədə məlumat yayıb. Hücumda operativ-taktiki aviasiya, raket qüvvələri və artilleriya, həmçinin pilotsuz təyyarələr iştirak edib. Zərbələr pilotsuz uçuş aparatlarının (PUA) yığılması və saxlanması emalatxanalarını hədəf alıb. Bundan başqa, 148 sahədə döyüş sursatı anbarları, texnikası və düşmənin şəxsi heyəti zədələnib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə