...Birinci sinif şagirdləri üçün yalnız şifahi imtahan verilir. Minimum keçid balı üç baldan az olmayaraq müəyyən edilir.
SİA-nın məlumatına görə, Rosobrnadzor rus məktəblərinə daxil olmaq istəyən miqrantların uşaqları üçün rus dili testlərinin nümayiş variantlarını dərc edib.
Federal Pedaqoji Ölçülər İnstitutunun saytında xarici vətəndaşlar üçün xüsusi bölmə yaranıb, burada diaqnostik materialların spesifikasiyası və nümayiş variantları yerləşdirilib.
İdarədən bildiriblər ki, aprelin 1-dək tam diaqnostik materiallar rayon təhsil orqanlarına göndəriləcək.
Test imtahanları müxtəlif təhsil səviyyələri nəzərə alınmaqla - birinci sinifdən on birinci sinfə qədər hazırlanıb.
Bundan əvvəl Təhsil Nazirliyi miqrant uşaqlar üçün yazılı və şifahi testlərin hazırlandığını açıqlamışdı.
Bu tədbirlər Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin 30 faiz düzgün cavabla testin uğurlu kimi tanınmasının yolverilməzliyi barədə bəyanatının nəticəsi idi.
Yeni qanun miqrantların rus dilini bilmək imtahanından keçməyən uşaqlarını rus məktəblərinə qəbul etməkdən imtina etməyi nəzərdə tutur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə