…Şənbə günü, martın 29-da Tver yaxınlığındakı meşədə on üç yaşlı məktəbli qızın cəsədi aşkar edilib. Yerli sakinlərin, könüllülərin və polis əməkdaşlarının iştirak etdiyi əməliyyat-axtarış tədbirləri tam bir həftə davam edib. Qız qonşu kəndə dostunu ziyarət etməyə gedərkən yoxa çıxıb.
SİA xəbər verir ki, məlumatı Rusiyanın Tver vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti yayıb.
Ryazanovadan olan məktəbli qızın rəfiqəsinin yaşadığı Petrovskoyeyə yollandığı məlum olub. Yaşayış məntəqələri arasındakı məsafə piyada qırx dəqiqəyə yaxın olub. Avtobus xidmətinin olmasına baxmayaraq, qız piyada getməyə üstünlük verib. Amma mənzil başına çatmayıb.
Könüllülər 24 saat fəaliyyət göstərən qərargah yaradıb və axtarışlara iki yüz əllidən çox adam qoşulub.
Rəsmi məlumata görə, itkin düşən qızın cəsədi Tver vilayətinin Kalininski rayonundakı “Ruçeyok” SNT ərazisində meşədə tapılıb.
Yeniyetmənin ölümünün zorakılıq olub-olmadığı barədə məlumat verilmir.
Qızın ölümü ilə bağlı cinayət işi açılıb. Hazırda müstəntiqlər faciəni törədən şəxslərin müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətlərini, o cümlədən ekspertizalar və şahidlərin dindirilməsini həyata keçirirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə