Vasitəçilər HƏMAS və İsraillə Qəzzada 50 günlük atəşkəsi müzakirə edirlər
Qətər və Misir Qəzza zolağında beş İsrail girovunun azad edilməsini və 50 günlük atəşkəsi nəzərdə tutan yeni atəşkəs müqaviləsi bağlamaq üçün HƏMAS və İsraillə məsləhətləşmələr aparır. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “Asharq” telekanalı məlumat yayıb.
"Misir və Qətər nümayəndə heyətləri İd əl-Fitr bayramı ərəfəsində Qəzza zolağında müvəqqəti atəşkəsə nail olmaq məqsədilə münaqişə tərəfləri ilə danışıqlar aparır", - kanalın həmsöhbətləri bildirib.
Onların məlumatına görə, yeni təklif beş girovun bir sıra fələstinli məhbuslarla mübadiləsi və 50 günlük atəşkəs nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə