Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul 20 gün həbsdə qalacaq.
SİA xəbər verir ki, bu barədə RT rus dilində məlumat yayıb. Mənbənin sözlərinə görə, məhkəmə prokuror Adrian Skutarunun vəsatətini təmin edib.
Bundan əlavə, Qutsula qarşı dörd maddə üzrə ittiham irəli sürülüb: 2023-cü il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi, həmçinin seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı rəsmi sənədlərin, bəyannamələrin və hesabatların saxtalaşdırılması…
Xatırladaq ki, Qutsul martın 25-də Kişinyov hava limanında saxlanılıb. O, həbs olunmazdan əvvəl Beynəlxalq Jurnalistlər Konqresinin dəvəti ilə İstanbula getməyi planlaşdırırdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə