Əbu-Dabidə (BƏƏ) ölkənin ən hündür su sürüşməsinin tikintisi planlaşdırılan Yas Waterworld su parkında güclü yanğın baş verib.
SİA-nın məlumatına görə, X sosial şəbəkəsində yayımlanan fövqəladə hadisə yerindən çəkilmiş videoda iri alov dilləri və qalın tüstü görünür.
Görüntülərdə yanğının tikilməkdə olan əyləncə kompleksinin bir hissəsini necə əhatə etdiyi görünür. Hadisə şahidlərinin sözlərinə görə, fövqəladə hallar xidmətinin əməkdaşları tez reaksiya verib və yanğını söndürməyə başlayıblar.
Polis təhlükəsizliyi təmin etmək üçün akvapark ərazisinə giriş-çıxışları bağlayıb.
Qeyd edək ki, Yas Waterworld BƏƏ-nin ən böyük su parklarından biridir.
Əvvəllər BƏƏ-də oxşar fövqəladə hallar qeydə alınmamışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə