Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Kyodo məlumat yayıb.
Agentliyin məlumatına görə, 700-dən çox insan xəsarət alıb. Bir müddət əvvəl Mandalay şəhərindəki xəstəxananın həkimi lazımi sarğıların qısa müddətdə bitdiyini və hazırda onların çatışmazlığının olduğunu bildirmişdi.
Hadisə Myanmada baş versə də, onun nəticələri Taylanda da təsir edib.
Banqkokda binanın çökməsi nəticəsində bir nəfər ölüb. 67 nəfər hələ də dağıntılar altında qalıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə