İstanbul Baş Prokurorluğunun Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan intintaq çərçivəsində həbs edilən 14 şübhəliyə aid olduğu təsbit olunan daha 12 şirkətin hesablarına həbs qoyulub. SİA xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində bələdiyyə sədri Əkrəm İmamoğluya dəstək məqsədilə mitinqləri və nümayişlər keçirilir. Məlumata görə, qanunsuz aksiyalarda 1 879 nəfər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə