Britaniya kralı III Çarlz xərçəng müalicəsinin “yan təsirləri” səbəbindən xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə Bukingem sarayının mətbuat xidməti məlumat yayıb. Xəstəxanaya yerləşdirmə ilə əlaqədar kralın martın 27 və 28-nə planlaşdırılan bütün qəbullar ləğv edilib. “Əlahəzrət baş verənlərdən məyus ola biləcək hər kəsdən üzr istəmək istərdi”, - mətbuat xidməti bildirib. Lakin qısamüddətli müşahidədən sonra monarx Londondakı iqamətgahı Klarens Hausa buraxılıb. 2024-cü ilin dekabr ayının sonlarında Britaniya kralı III Çarlz keçmiş xəstəxana kilsəsindən xalqa nitq söyləməklə onilliklər boyu davam edən Milad ənənəsini pozub. III Çarlz səhiyyə ilə tarixi əlaqələrinə görə keçmiş kilsədən çıxış etməyi üstün bilib. O, xərçənglə mübarizə apardığı üçün buranı seçib. Xəstəlik 2024-cü ilin fevralında aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə