Amsterdamda bıçaqlı hücum nəticəsində beş nəfər xəsarət alıb

Niderlandın paytaxtı Amsterdamın mərkəzində - Dam meydanı yaxınlığında bıçaqlı hücum baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hücum nəticəsində beş nəfər xəsarət alıb.

Onlardan birinin şübhəli şəxs olduğu bildirilir. Şahidlərin ifadələrinə görə, şübhəli şəxs insanlara bıçaqla hücum edib. O, vətəndaşlardan birinin köməyi ilə zərərsizləşdirilib və ayağından yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisənin motivləri və digər yaralıların vəziyyəti araşdırılır.

Polis hadisə zamanı çəkilmiş foto və videogörüntülərin müvafiq portal vasitəsilə təqdim olunması barədə vətəndaşlara müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə