Böyük Britaniyada yoxsulluq şəraitində yaşayan uşaqların sayı rekord həddə çatıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək və Pensiyalar Departamentinin (DWP) dərc etdiyi yeni statistikada bildirilib.
Buna görə, 2024-cü ilin mart ayına qədər olan bir il ərzində 4.45 milyon uşağın nisbətən az gəlirli ailələrdə yaşadığı təxmin edilir. Bu göstərici 2023-cü ilin martınadək olan dövrdə qeydə alınmış 4.33 milyon uşaqla müqayisədə artım deməkdir. Bu, 2002-2003-cü illərdən bəri aparılan müqayisəli statistika üzrə ən yüksək göstəricidir.
Bütün xəbərlər Facebook səhifəmizdə