Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərt qoyub

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper Rusiyaya qarşı sanksiyaların ləğvi şərtini açıqlayıb.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti Reuters agentliyinə istinadən xəbər verir.

Hipperin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların ləğvi üçün əsas şərt bütün Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisindən çıxarılmasıdır. Eyni zamanda, o, Avropa İttifaqının Rusiya tərəfinin sözlərinə deyil, hərəkətlərinə diqqət yetirəcəyini vurğulayıb.

…Təcrübə göstərir ki, Rusiya sözlərinə görə deyil, əməllərinə görə qiymət verməlidir. Rusiya həqiqi siyasi iradə nümayiş etdirməlidir.

Bunu rəsmi nümayəndə deyib.

Bundan əvvəl Avropa İttifaqı Rusiyanın Qara Dəniz Təşəbbüsünə qayıtmaq üçün şərt olan Rosselxozbank-a qarşı sanksiyaların ləğvi tələbini rədd etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə