Ukraynada öldürülən hərbçilərin cəsədləri olan tabutlar zibilliyə aparılıb…
…Rusiya Federasiyasının Çelyabinsk bölgəsində Ukraynaya qarşı müharibədə həlak olan hərbçilərin cəsədləri olan tabutlar poliqona atılıb.
SİA-nın məlumatına görə, onlar təsadüfən yerli sakinlər tərəfindən tapılaraq lentə alınıb.
Qeyd edək ki, video martın 26-da “Seyatel Vetra” Telegram kanalı tərəfindən paylaşılıb.
Kanalın sözlərinə görə, poliqonda Rusiyanın 155-ci dəniz piyada briqadasının öldürülmüş hərbçiləri olub.
…İddialara görə, sink tabutları səhvən Novosibirsk yerinə Çelyabinskə göndərilib.
Və “200 yük”ü ünvanlarına göndərmək əvəzinə, “xüsusi hərbi əməliyyat” üzvləri sadəcə olaraq zibilliyə aparılıblar.
…Rusiya məmurlarının “xüsusi hərbi əməliyyat” veteranlarına qarşı real münasibətinin bariz nümunəsi. Nə qədər təbliğatda "qəhrəmanlar vaxtı"ndan danışılsa da, reallıq bu videoda var. Və daha da pisləşəcək. Çünki müharibə bitən kimi bütün bu "əlavə insanlar" onlar üçün nəinki lazımsız, həm də zərərli olacaq.
Bunu Teleqram müəllifi vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə