Tramp İran liderinə məktub göndərib

ABŞ prezidenti Donald Tramp İran liderinə məktub göndərərək birbaşa dialoqda maraqlı olduğunu, lakin danışıqlardan imtina edəcəyi təqdirdə mümkün hərbi nəticələr barədə xəbərdarlıq edib.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Qabbard məlumat verib.

O, qeyd edib ki, İran liderinə müvafiq məktubu Tramp “bu yaxınlarda” göndərib.

…O, deeskalasiya, müharibənin qarşısının alınması və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birbaşa danışıqlarda maraqlı olduğunu bildirib.

Bunu Qabbard əlavə edib.

Eyni zamanda, ABŞ Milli Kəşfiyyatının rəhbərinin sözlərinə görə, Tramp məktubda “birbaşa danışıqların olmadığı təqdirdə hərbi nəticələrin olacağı” barədə xəbərdarlıq edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə