Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çongar yol qəzasında ölüb. SİA xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, AK Parti rayon təşkilatının sədrinin idarə etdiyi avtomobil Koroğlu stansiyasının yaxınlığında TIR-a arxadan çırpılıb.
Onun üçün Gerede Yeni Cameədə dəfn mərasimi təşkil edilib. Mərasimə əyalət valisi, Boludan olan millət vəkili, rəsmilər qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə