İstanbulda etiraz aksiyasına qatılan ABŞ vətəndaşı ölkədən deport edilib
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya və terror istintaqlarına etiraz etmək məqsədilə Saraçhanədə keçirilən aksiyaya qatılan ABŞ vətəndaşı Türkiyədən deport edilib. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, Maykl Antoni Qanoe adlı şəxs Türkiyəyə martın 20-də gəlib.
Onun bundan əvvəl Rumıniyadakı nümayişlərə qatıldığı müəyyən edilib.
ABŞ vətəndaşının sosial şəbəkələrdə Türkiyədəki məhkəmə qərarlarını və təhlükəsizlik qüvvələrini hədəf alan paylaşımlar etdiyi məlum olub. Qanoe polisə ifadəsində müstəqil jurnalist olduğunu və qazancını sosial mediada paylaşdığı xəbərlərdən əldə etdiyini bildirib.
Aidiyyəti proseduralardan sonra Qanoe və onunla birlikdə fəaliyyət göstərən Rumıniya vətəndaşı Daniel Aleksandr Loktus "kin və nifrəti təşviq etmə" cinayəti səbəbilə ölkələrinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə