ABŞ-ın əvvəlki administrasiyası tərəfindən maliyyələşdirilən USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər. Onlar bunun üçün xeyli miqdarda maliyyə vəsaiti də ayırmışdılar. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi şəhərinin meri və “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze söyləyib.
Onun sözlərinə görə, bu iki təşkilat artıq ölkə daxilində iğtişaşların qızışdırılmasını maliyyələşdirə bilməz, hazırda onlara bağlı başqa mənbələr də araşdırılıb.
“USAID və NED ölkəmizdə iğtişaşlar yaratmaq istəyən ilk təşkilatlar idi. Bu təşkilatlar müxtəlif ölkələrdə dövlət çevrilişlərini maliyyələşdirməklə məşğul olublar və onların arasında Gürcüstanın da adı çəkilib. Təbii ki, indi maliyyələşmə dayandırılıb. Amma bu təşkilatlar illərdir maliyyələşdirdiklərini maliyyə yardımı ilə təmin ediblər. Mən parlament seçkilərini kimin maliyyələşdirdiyini misal çəkmək istərdim. Bir daha təkrar etmək istəyirəm: biz heç kimə ölkəni alt-üst etməyə imkan verməyəcəyik”, – deyə Kaxa Kaladze vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə