Ər-Riyadda ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi başlayıb

ABŞ və Ukrayna nümayəndə heyətləri Ər-Riyadda Rusiya ilə atəşkəs barədə danışıqların yeni mərhələsinə başlayıb. SİA xəbər verir ki, bu barədə “RBC Ukraine” AFP-yə istinadən məlumat yayıb.

"Ər-Riyadda Ukrayna və ABŞ komandaları arasında Kiyev və Moskva arasında atəşkəs məsələsi ilə bağlı yeni görüş keçirilir, Ukrayna nümayəndə heyətindəki mənbə bildirib", - agentlik vurğulayıb.

“Bloomberg” isə öz növbəsində qeyd edib ki, tərəflər enerji obyektlərinə 30 gün ərzində zərbələrin dayandırılması imkanı və Qara dənizdə atəşkəsə nail olmaq barədə müzakirələr aparmaq niyyətindədirlər.

Qeyd edək ki, tərəflər martın 23-də Ər-Riyadda bu məsələ ilə bağlı danışıqlar aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə