Türkiyədə 7 milyon dollardan artıq saxta əskinas aşkarlanıb, üç şübhəli saxlanılıb

Türkiyənin Mersin şəhərində polis əməkdaşları keçirdikləri əməliyyat nəticəsində 7 milyon 99 min 200 saxta dollar aşkar ediblər. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Mersin Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərə qarşı mübarizə şöbəsi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı üç şübhəli saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə