Belqorodda Rusiyanın 4 helikopteri məhv edildi

Belqorod vilayətində 4 rus helikopteri məhv edilib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. Departamentin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, raket qoşunları və artilleriya ilə birgə həyata keçirilən əməliyyat çərçivəsində Xüsusi Əməliyyat Qüvvələri 2 Mi-8 helikopterini və 2 Ka-52 helikopterini məhv edib.

Qeyd edək ki, 23 martda Ukrayna qüvvələrinin Belqoroda daxil olaraq, bir kəndi nəzarətə götürdüyü bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə