Ukrayna və ABŞ nümayəndələri martın 24-də Səudiyyə Ərəbistanında danışıqları bərpa edəcəklər.
SİA-nın məlumatına görə, RBC-Ukrayna xəbər verir ki, yüksək rütbəli ukraynalı məmur bu məlumatı Agence France-Presse (AFP) agentliyinə təsdiqləyib.
Moskva və Vaşinqton nümayəndələrinin görüşü başa çatdıqdan sonra Ər-Riyadda Ukrayna və ABŞ komandaları arasında danışıqların yeni mərhələsinin baş tutacağı dəqiqləşib.
…Biz hələ də ABŞ və Rusiya arasındakı görüşün nəticələrini gözləyirik. Buna əsaslanaraq, bizim ABŞ-la növbəti görüşümüz olacaq, - deyə ukraynalı rəsmi izah edib.
Bundan əvvəl məlum olub ki, Ukrayna ABŞ-la danışıqlar zamanı limanlara hücumların dayandırılması imkanlarını müzakirə edib.
Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Sergey Leşşenkonun sözlərinə görə, Kiyev nümayəndələri Odessa və Nikolayev limanlarına zərbələrin məhdudlaşdırılmasını xahiş etmək niyyətindədirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə